main-post-cover

    Samsung şirkəti səhvən Galaxy S10 smartfonunun dizaynını ortaya çıxardıb

    Elm & Texnologiya
    11.01.2019
    Emil Nəcəfov
        Samsung şirkəti səhvən özünün yeni flaqman smartfonu Galaxy S10 modelinin dizaynını ortaya çıxarıb. Belə ki, Reddit saytının istifadəçilərindən biri (qgtx ləqəbli) Samsung Newsroom saytında One UI interfeysi barəsində xəbərdə ekrana inteqrasiya edilmiş ön kameraya sahib smartfonun render fotosunu aşkar edib. Render fotodakı smartfon modeli daha öncəki məlumat sızıntılarındakı kimidir.

        Şirkət ortaya çıxmış render fotodan xəbər tutan kimi onu başqası ilə əvəz edib. Heç şübhəsiz ortaya çıxmış foto məhz Galaxy S10 seriyasının modellərindən birinə aiddir. Qeyd etmək lazımdır ki, Samsung şirkəti yeni flaqman seriyanın təqdimat tarixini artıq rəsmi olaraq elan edib. Beləliklə Galaxy S10 seriyası 20 fevral tarixində San Fransiskoda Unpacked 2019 tədbiri çərçivəsində təqdim ediləcək.
    Linki kopyala