main-post-cover

    Samsung şirkəti təsadüfən öz saytında Galaxy S20-ni sərgilədi

    Elm & Texnologiya
    05.02.2020
    Farid Pardashunas
        11 fevral tarixində Samusng şirkəti özünün yeni Galaxy S20 flaqman smartfon seriyasını təqdim edəcək. Biz artıq həmin seriyaya daxil olacaq smartfon modellərinin necə görünəcəklərini və onların hansı texniki özəlliklərə sahib olacaqlarını bilirik. Lakin indiyənə kimi ortaya çıxmış məlumatlar qeyri rəsmi məlumatlar idilər. İndi isə şirkət həmin smartfon seriyasını öz saytında ortaya çıxardıb.
        Bu barədə Winfuture saytı xəbər verib. Böyük ehtimal ilə şirkət yeni smartfon seriyası barəsində məlumatları öz saytına bilmədən yerləşdirib. Belə ki, həmin məlumatlar tez bir zamanda siliniblər. Lakin diqqətli mənbələr onların screenshotlarını etməyi bacarıblar. Galaxy S20-nin fotoları şirkət saytının aksessuarlar bölməsində ortaya çıxıb.
        Saytdakı fotoda əks olunmuş Galaxy S20 smartfonu xüsusi keysin daxilində yerləşdirilib. Bu, yeni smartfonlar barəsində ilk rəsmi məlumatdır. İlk öncə onu qeyd etmək lazımdır ki, şirkət saytında smartfon məhz Galaxy S20 adı ilə qeyd olunub. Məsələ burasındadır ki, daha əvvəllər şirkət öz saytında təqdim ediləcək flaqman smartfon modellərinin adlarını açıqlamırdı.
        Onun yerinə şirkət onları sadəcə olaraq yeni Galaxy modelləri kimi qeyd edirdi. Müəyyən müddət keçdikdən sonra artıq heç bir şübhəyə yer qalmasa da artıq dəqiq olaraq bilinir ki, bu il heç bir Galaxy S11 olmayacaq. Bu il Galaxy S11, S11+S11e smartfon modellərinin yerinə şirkət Galaxy S20, S20+S20 Ultra modellərini təqdim edəcək 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər