Samsung şirkəti yeni ekran dizaynının patentini aldı

Samsung şirkəti yeni ekran dizaynının patentini aldı

Texnologiya
16.10.2019 PAYLAŞIM

    Smartfon ekranının ön panelin çox hissəsini əhatə etməsi yolunda istehsalçılar ön kameranın yerləşdirilməsi üzrə çoxlu sayda üsullardan istifadə edirlər. Smartfon bazarında artıq kiçik çıxıntı hissəli, ön kameranın gövdənin yuxarı hissəsinin daxilinə inteqrasiya edilmiş və hətta arxa panelində ikinci ekran olan smartfon modelləri movcuddurlar. İndi isə ön kameranın yerləşdirilməsi üzrə yeni üsulu Samsung şirkəti təqdim edib.

    Belə ki, şirkətin əldə etdiyi yeni patent çıxıntı hissələrə daha maraqlı alternativi təklif edir. Bu barədə Letsgodigital saytı xəbər verib. Koreya Respublikasının intellektual mülkiyyət üzrə agentliyi Samsung şirkətinin yeni ekran dizaynı patentini təqdim edib. Patent sənədlərinə əsasən ön kamera, danışıq üçün səsgücləndiricilər və digər komponentlər smartfonun yuxarı hissəsinin əks tərəfindəki çıxıntı hissənin daxilində yerləşirlər.

    Əslində bu cür dizayn bir çox şirkət tərəfindən patent olunsa da bazarda hələ bu cür çıxıntı hissəyə sahib smartfon modeli satışa çıxmayıb. Çıxıntı hissələrə alternativ variant kimi ekrana inteqrasiya edilmiş ön kamera ola bilər. Lakin bu texnologiyanın reallaşdırılmasının qəlizliyi səbəbilə sözügedən texnologiya hələ irimiqyaslı olmayıb. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Windows 10-a yeni funksiya əlavə olunacaq: Yeniliklər (What's New)

Microsoft, Windows 10-da əlavə edilən yeni funksiyaları istifadəçilərə göstərmək üçün Yeniliklər adı..


Android 11-də 'Davamlı Yenilənmələr' məcburi olacaq

Android 11 ilə birliktə Google, smartfon istehsalçılarına Davamlı Yenilənmələr funksiyasını məcburi ..


Samsung-dan yeni orta büdcəli Galaxy A21 smartfonu - QİYMƏTİ

Samsung şirkəti Galaxy A seriyasının daha bir orta büdcəli smartfon modelini təqdim edib.


MIUI 12-ni ilk əldə edəcək Xiaomi və Redmi smartfonlarının siyahısı internetdə o..

Çinin Weibo sosial şəbəkəsində MIUI 12 istifadəçi interfeysini ilk əldə edəcək Xiaomi və Redmi smart..


OnePlus 8 smartfonlarının Avropa bazarındakı qiymətləri ortaya çıxdı

OnePlus 8 Pro modelinin keyfiyyətli render fotoları ortaya çıxandan sonra məşhur insayder Roland Qua..


LG şirkəti gələcək smartfonlarının yeni dizaynını təqdim etdi

LG şirkəti bir neçə ildir ki, öz smartfonlarının dizaynlarını dəyişmir.