![main-post-cover](/_next/image?url=https%3A%2F%2Fstatic.technote.az%2Fmedia%2Fupload%2Fsamsung-sirketi-yeni-flaqman-prosessor-modeli-exynos-990-i-teqdim-etdi4898.jpg&w=3840&q=75)
Samsung şirkəti yeni flaqman prosessor modeli Exynos 990-ı təqdim etdi
Elm & Texnologiya
24.10.2019
Emil Nəcəfov
Samsung şirkəti 7 nanometrlik texnoloji proses əsasında hazırlanmış növbəti nəsil Exynos prosessorunu təqdim etdi. Söhbət, Exynos 990-dan gedir. Gələn il təqdim olunacaq Galaxy S11 seriyası məhz bu prosessor ilə təchiz olunacaq. Bu barədə Fonearena saytı xəbər verib. Exynos 990-un arxitekturası 3 klasterdən ibarətdir: 2 ədəd Cortex -A76, 2 ədəd Exynos M5 və 4 ədəd Cortex-A55. Beləliklə sözügedən prosessor 8 nüvəlidir.
Exynos 990 neyron şəbəkələr ilə çalışmaq üçün optimizasiya edilib və 2 nüvəli NPU-ya və səsin emal olunması üçün təkmilləşdirilmiş DSP prosessoruna sahibdir. Bu prosessor saniyədə 10 trilyarddan çox əməliyyatı emal edə bilir. Qrafik sürətləndirici qismində Mali-G77 MP11 çipi çıxış edir. Şirkətin verdiyi məlumata əsasən bu qrafik çip əvvəlki model ilə müqayisədə enerj sərfiyyətı baxımından 20% daha effektivdir və maksimal sürəti saniyədə 5500 Mbit olan LPDDR5 standartlı daxili yaddaşı dəstəkləyir.
![](https://s3.eu-central-1.amazonaws.com/technote-files/media/upload/images/kLT0HqX82Qez2ftbYSwI52PVk9cP0.jpg)
Exynos 990-ın daha bir özəlliyi ondan ibarətdir ki, o, 120 Hz tezlikdə çalışan ekranları və 6 kamera modulunu dəstəkləyir. O həmçinin 108 MP-lik kamera dəstəyini də əldə edib. Prosessor eyni anda 3 kamera sensorundan olan məlumatları emal etməyi bacarır. Şirkət Exynos 990-dan əlavə olaraq özünün 5G modemi olan Exynos Modem 5123-ü də təqdim edib. Bu 5G modem də 7 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Şirkət öz yeni prosessor modelinin irimiqyaslı istehsalına bu ilin sonuna kimi start verməyi planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
![iPhone Plus-ı əvəz edəcək iPhone 17 Slim-in özəllikləri açıqlanıb](/_next/image?url=https%3A%2F%2Fstatic.technote.az%2Fmedia%2Fposts%2Fthumbnail%2Fiphone-17-slim-main-1280x720.jpeg&w=3840&q=75)
![Qalaktikamızın mərkəzində nadir tapılan yeni qara dəlik kəşf edilib!](/_next/image?url=https%3A%2F%2Fstatic.technote.az%2Fmedia%2Fposts%2Fthumbnail%2FBlack-Hole-Forming-in-Stellar-Cl.jpeg&w=3840&q=75)