main-post-cover

    Samsung şirkəti yeni Galaxy M seriyasını gələn ay təqdim edə bilər

    Elm & Texnologiya
    29.12.2018
    Farid Pardashunas
        SamMobile saytınn verdiyi məlumata əsasən Samsung şirkəti Galaxy M adlı smartfon seriyasının qlobal anonsu üçün Hindistanı seçib. Məlumata əsasən yeni Galaxy M seriyası Galaxy J seriyasını əvəz edəcək. Təqdim olunmuş məlumatlarda 4 ədəd smartfon əks olunur: Galaxy M10, M20, M30M40. Galaxy M40-ın olacağı məlumatı ilk dəfədir ki, ortaya çıxır. Belə ki, bundan əvvəlki məlumat sızıntılarında Galaxy M seriyasının məhz 3 smartfon modelinə sahib olacağı deyilirdi.
        Sözügedən smartfon modellərindən bəziləri üzərində V şəkilli çıxıntı hissə olan 6.4 düym Infinity V ekranları əldə edə bilərlər. Məşhur Geekbench bençmark saytının məlumatlarına inansaq, Galaxy M10 modeli Exynos 7870 prosessoru və 3 GB RAM, M20 modeli Exynos 7885 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş həcmi, 13 MP + 5 MP ikili arxa kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy M30 modeli də Exynos 7885 prosessoru əsasında hazırlanacaq və 4 GB RAM, 64/128 GB daxili yaddaşa sahib olacaq. Yeni Galaxy M seriyasının smartfonlarının təqdimatı gələn aya planlaşdırılır. Onların qiymətləri barəsində isə heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər