main-post-cover

    Samsung şirkəti yeni növ dron üzərində çalışır

    Elm & Texnologiya
    26.12.2018
    Orxan Jafarli
        Smartfonlardan əlavə olaraq Samsung şirkəti həmçinin çoxlu sayda məişət texnikası və digər məhsullar da istehsal edir. Lakin ola bilər ki, yaxın zamanda şirkət öz məhsullar siyahsına dronları da əlavə etsin. Belə ki, şirkət ABŞ-da dron məhsuluna aid patenti qeydiyyatdan keçirdib. Sözügedən patentdəki məlumatlardan belə qənaətə gəlmək olar ki, bazarda olan bir çox dron modellərindən fərqli olaraq Samsung şirkəti ilk transformer dron modelini hazırlayır. Bu barədə Gizmochina saytı xəbər verib.

        Məlumata əsasən sözügedən dron modeli növbəti nəsil Galaxy smartfonları üçün əlavə aksessuar qismində çıxış edəcək. Patentdə bir çox ötürücülərə sahib pilotsuz uçuş aparatı əks olunub. Kameradan əlavə olaraq sözügedən dron hiroskop, barometr, kompas, ultrasəs sensorları və temperatur, işıq, ultrabənövşəyi şüa ötürücüləri ilə təchiz olunacaq. Bundan əlavə olaraq bu dron modeli yığıla bilən konstruksiyaya sahib olacaq.

        Patentdəki məlumatda qeyd edilib ki, dronun pərlərini onun gövdəsinin daxilinə yerləşdirmək mümkün olacaq. Gövdənin özü isə iki hissədən ibarət olacaq və beləliklə onları birləşdirmək və ya ayırmaq mümkün olacaq. Patent məlumatında həmçinin qeyd olunub ki, sözügedən dron ilə smartfon, planşet, kompüter və istənilən məişət texnikası vasitəsilə idarə etmək mümkün olacaq. Samsung-un dron modelinin digər imkanları barəsində isə hələki heç bir məlumat yoxdur. Patentdə qeyd olunub ki, bu cür cihazlar ilk öncə hərbi sənaye üçün hazırlanırdılar. Lakin onlara kamera əlavə olunandan sonra onlar adi istifadəçilərin arasında sürətlə məşhurlaşmağa başladılar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər