main-post-cover

    Samsung şirkətinin AR eynəyinin patent fotosu ortaya çıxdı

    Elm & Texnologiya
    23.10.2019
    Emil Nəcəfov
        İnternetdə Samsung şirkətinin AR eynəyinin patenti ortaya çıxıb. Həmin patentdə şirkətin AR eynəyinin sxematik fotosu əks olunub. Bu barədə Galaxy Club saytı xəbər verib. Məlumata əsasən AR eynəyin  hər bir linzası holoqrafik ekrana sahib olacaq. Bu il Samsung və Google da daxil olmaqla bir çox smartfon istehsalçısı VR cihazların istehsalını dayandırdı. Məsələn Samsung-un Galaxy Note 10 smartfonu Gear VR-ı dəstəkləməyən ilk model oldu.
        Google Pixel 4 modellərində isə Google Daydream VR-ın dəstəyi dayandırıldı. Lakin Samsung şirkəti VR-dan AR-ə keçid etdi. Beləliklə şirkət AR cihaz üzərində çalışır. Qeyd etmək lazımdır ki, AR cihaz üzərində təkcə Samsung şirkəti çalışmır. Belə ki, hələ bir neçə müddət bundan öncə məşhur anaitik Ming-Chi Kuo bildirmişdi ki, Apple şirkəti də özünün AR cihazı üzərində çalışır və onu 2020-ci ildə təqdim etməyi planlaşdırır. Samsung şirkətinin isə AR eynəyi barəsində hansısa bir təfərrüat hələki yoxdur.
    Linki kopyala