main-post-cover

    Samsung şirkətinin ilk əyilə bilən smartfon modelinin adı məlum oldu

    Elm & Texnologiya
    19.02.2019
    Farid Pardashunas
        Artıq bugün Samsung şirkəti San Fransiskoda yeni Galaxy S10 flaqman seriyasının təqdimatını keçirdəcək. Həmçinin həmin təqdimatda şirkət özünün ilk əyilə bilən smartfon modelini də təqdim etməlidir. Əgər Galaxy S10 seriyası barəsində hər şey məlumdursa, şirkətin ilk əyilə bilən smartfon modeli hələki gizli olaraq saxlanılır. Lakin məşhur insayder Evan Blass sözügedən smartfon barəsində hansısa məlumatı ortaya çıxartmağa çalışıb və onun adını öyrənib. Bu barədə Gagadget saytı xəbər verib.
        Beləliklə Evan Blass-da olan məlumata əsasən şirkətin ilk əyilə bilən smartfon modeli Galaxy Fold adlanacaq. Qeyd etmək lazımdır ki, bu ad şirkətin seçim arasında qaldığı variantlar arasında mövcud idi. Bundan əlavə olaraq variantlar arasında həmçinin Galaxy X, Galaxy F (Foldable) və Galaxy Winner də var idi. Qeyd etmək lazımdır ki, sözügedən smartfon kitab formatında hazrlanacaq.
        Smartfonun ön panelində 1960x840 piksel keyfiyyətli 4.6 düym ekran yerləşəcək. Lakin tam açıq şəkildə cihaz planşet formatına çevriləcək və beləliklə o, 1536x2152 piksel keyfiyyətli 7.3 düym Infinity Flex ekrana sahib olacaq. Bundan əlavə olaraq smartfonda yeni nəsil Exynos/Snapdragon prosessorlarının, 10 GB-a kimi RAM göstəricisinin və 5G dəstəyinin olacağı gözlənilir. Şirkət əvvəlcədən də bildirmişdi ki, o, 1 milyon ədəd əyilə bilən smartfon istehsal edəcək. Onun qiyməti isə 1700$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər