main-post-cover

    Samsung şirkətinin ilk əyilə bilən smartfonu yeni reklam videosunda əks olundu

    Elm & Texnologiya
    01.02.2019
    Farid Pardashunas
        Samsung şirkətinin Vyetnam üzrə şöbəsi yeni reklam videosu təqdim edib və həmin reklam videosunda şirkətin Galaxy F adlı ilk əyilə bilən smartfon modeli əks olunub. Video tez bir zamanda silinsə də bəzi saytlar onu yükləməyə vaxt tapa biliblər. Bu barədə XDA-Developers saytı xəbər verib. Təqdim olunmuş videoda əks olunmuş əyilə bilən smartfon modeli keçən ilin noyabr ayında şirkətin təqdim etdiyi prototip versiyadan bir qədər yaxşı görünür.
        Cihaz ekranının ətrafında nazik çərçivələr var və cihazın özü smartfondan planşetə çevrilir. Smartfonun ekranında şirkətin Samsung One UI adlı yeni interfeysini görmək olar. Qeyd etmək lazımdır ki, Galaxy S9, S9 PlusGalaxy Note 9 modelləri artıq bu interfeysi əldə etməyə başlayıblar. Bir sıra məlumatlara əsasən Galaxy F smartfonu 4.2:3 nisbətli və 1536x2152 piksel keyfiyyətli Infinity-Flex ekranla təchiz olunacaq. Əyilmiş formatda smartfon 1960x840 piksel keyfiyyətli ekrana sahib olacaq.
        Çox güman ki, smartfon həm də Exynos və ya Snapdragon prosessorları və 10 GB RAM ilə də təchiz olunacaq. Samsung 1 milyon ədəd Galaxy F smartfonu istehsal etməyi planlaşdırır. Onun qiyməti isə təqribi olaraq 1700$ təşkil edəcək. Şirkətin ilk əyilə bilən smartfonu yeni Galaxy S seriyasının təqdimatı zamanı göstərilə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər