main-post-cover

    Samsung şirkətinin MWC 2020-də iştirakı sual altındadır

    Elm & Texnologiya
    10.02.2020
    Farid Pardashunas
        Bu ayın sonunda mobil sahənin ən böyük sərgilərindən biri olan MWC 2020 keçiriləcək. Lakin Çində yayılan koronavirus səbəbilə artıq LG, Ericsson Nvidia şirkətləri həmin sərgidə iştirak etməkdən imtina ediblər. İndi isə Samsung şirkətinin də bu sərgidə iştirakı sual altındadır. Bu barədə Cnet saytı xəbər verib. Şirkətin planları ilə yaxından məlumatı olan mənbələrin verdikləri məlumata əsasən Samsung-un Cənubi Koreya və ABŞ-dan olan bir çox əməkdaşı öz səhhətlərindən narahat olaraq Avropaya getməkdən imtina edir.
        Bu səbəbdən Samsung şirkəti MWC 2020-dəki iştirakını məhdudlaşdıra bilər. Hələki şirkət sərgidə öz stendinin yerləşdirilməsini planlaşdırır. Lakin bununla yanaşı bir sıra variantları da nəzərdən keçirdir. Çox güman ki, şirkət tam dəqiq qərarı sərginin startına az müddət qalmış verəcək. Bu sərgidə adətən bağlı qapılar arxasında şirkət rəhbərləri ilə keçirilən görüşlər çox güman ki, ləğv ediləcək. Şirkət bu məlumata rəsmi olaraq fikir bildirməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər