
Samsung smart saatlar üçün yüksək parlaqlığa sahib yeni microLED ekranı təqdim edib
Elm & Texnologiya
10.01.2025
Emil
CES 2025 sərgisi çərçivəsində Samsung Display smart saatlar üçün nəzərdə tutulmuş yeni növ microLED ekranı təqdim edib. Təqdim edilmiş microLED ekranın əsas fərqləndirici tərəfi ondadır ki, o, smart saatlar üçün nəzərdə tutulmuş ən parlaq microLED ekrandır. Belə ki, onun maksimal parlaqlıq səviyyəsi 4000 nit təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda smart saat ekranları arasında ən parlaq ekran Apple Watch Ultra 2-dədir. Belə ki, onun maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir.
Samsung Display tərəfindən hazırlanmış yeni növ microLED ekran istifadəçilər üçün iki üstünlüyü verə bilər. Birinci üstünlük ondadır ki, bu cür ekrandakı görüntü hətta ən günəşli havada belə rahatlıqla görünə biləcək. İkinci üstünlük isə ondadır ki, LED işıqlandırmanı aktivləşdirməyə ehtiyac qalmadan bu ekranın özünü işıqlandırma kimi istifadə etmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, OLED ilə müqayisədə microLED daha az enerji sərfiyyatına və daha yaxşı rəng ötürülməsi imkanına sahibdir. Bu cür ekrana sahib ilk smart saatların nə zaman təqdim olunacaqları isə bilinmir.
Paylaş
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
