main-post-cover

    Samsung smartfonlar üçün ISOCELL HP2 adlı yeni 200 MP-lik kamera sensorunu təqdim edib

    Elm & Texnologiya
    18.01.2023
    Emil Nəcəfov
        Samsung şirkəti smartfonlar üçün nəzərdə tutulmuş ISOCELL HP2 adlı yeni 200 MP-lik kamera sensorunu təqdim edib. ISOCELL HP2 adlı yeni 200 MP-lik kamera sensoru istənilən işıqlandırma mühitində yüksək keyfiyyətli fotolar ilə axıcı videoların çəkilməsi üçün nəzərdə tutulub. 1/1.3 optik formatlı bu yeni kamera sensoru 0.6 mikrometr ölçülü piksellərlə təchiz olunub. Sözügedən piksellər isə Tetra2pixel texnologiyası vasitəsilə daha böyük vahid pikseldə birləşə bilirlər. Bununla belə çəkilən fotonun MP göstəricisi aşağı düşür, lakin kamera matrisasının işıq həssaslığı yüksəlir. Yaxşı işıqlandırılmamış mühitdə ISOCELL HP2 1.2 mikrometr piksel ölçülü 50 MP-lik fotolar və ya 2.4 mikrometr piksel ölçülü 12.5 MP-lik videolar çəkə bilir.
        Saniyədə 30 kadr sürətlə 8K videoların çəkilməsi üçün sözügedən kamera sensoru 50 MP-lik rejimdən istifadə edir. Yeni kamera sensorunda Samsung şirkətinin digər iki texnologiyasından da istifadə edilir. Söhbət, Samsung Dual Vertical Transfer Gate Super QPD adlı texnologiyalardan gedir. Birinci texnologiya parlaq işıqlandırma mühitində kadrdakı bulanıqlıq effektini və rəng ötürülməsini yaxşılaşdırır. İkinci texnologiya isə zəif işıqlandırılmamış mühitdə fokuslanma üçün bütün piksellərin istifadəsinə yardımçı olur. Bununla yanaşı sözügedən kamera sensoru eyni anda saniyədə 60 kadr sürətlə 4K HDR videolar və 12.5 MP-lik fotolar çəkə bilər. Şirkət ISOCELL HP2-nin irimiqyaslı istehsalına artıq start verib. Gözləntilərə əsasən onu ilk olaraq Galaxy S23 Ultra smartfonu əldə edəcək.
    Linki kopyala