main-post-cover

    Samsung Snapdragon 855 prosessoruna sahib aşağı qiymət göstəricili smartfon üzərində çalışır

    Elm & Texnologiya
    12.03.2019
    Emil Nəcəfov
        İnternetdə Samsung şirkətinin bu il Galaxy S10 Note 10 modellərindən başqa daha bir flaqman smartfon təqdim edəcəyi barəsində məlumat ortaya çıxıb. Məlumatı Star Univerce ləqəbli çinli insayder verib. Bu barədə Gagadget saytı xəbər verib. Onun sözlərinə əsasən şirkət büdcəli flaqman modeli üzərində çalışır və o, Galaxy S modellərindən daha aşağı qiymətə satılacaq. Yəni 750$-dan aşağı qiymətə.
        Qeyd etmək lazımdır ki, Galaxy S10e modelinin standart versiyası məhz 750$-a satılır. Smartfon barəsində məlum olan tək şey var. O da ki, onun Snapdragon 855 prosessoruna sahib olacağıdır. Güman etmək olar ki, söhbət məhz Galaxy A90 smartfon modelindən gedir. Məlumata əsasən Galaxy A90 modeli Galaxy A seriyasının ən flaqman modeli olacaq. Smartfon genişformatlı Super AMOLED ekran və ekrana inteqrasya edilmiş barmaq izi skanı tenxologiyası ilə təchiz oluna bilər.
    Linki kopyala