Logo
    main-post-cover

    Samsung süni zəka texnologiyasına sahib yeni kamera sensoru üzərində çalışır

    Elm & Texnologiya
    29.12.2023
    Emil
         İnsayderlərin vermiş olduqları məlumata əsasən Samsung şirkəti hal-hazırda yeni kamera sensoru üzərində çalışır. Məlumatda qeyd edilib ki, hazırlanan yeni kamera sensorunun əsas fərqləndirici cəhəti ondan ibarət olacaq ki, o, süni zəka texnologiyasına sahib olacaq. Kamera sensorunun süni zəka texnologiyasına sahib olması üçün onu mikroprosessor və fərdi daxili yaddaş həcmi ilə təchiz etmək lazımdır. Sony şirkəti artıq bu cür kameralara sahibdir. Samsung-un isə bu cür kamerasının nə zaman təqdim olunacağı bilinmir. Heç istisna deyil ki, şirkət Galaxy S25 Ultra-nı bu cür kamera ilə təmin etsin.
    Paylaş