main-post-cover

    Samsung telefonlarında təhlükəli açıq: Messages proqramı şəkillərinizi göndərir

    Elm & Texnologiya
    29.06.2018
    Nijat Hamid
    Samsung telefonlarında Messages(Mesajlar) proqramı bir çox istifadəçi tərəfindən sevilir. Lakin Reddit'də bildirilən məlumatlara görə proqramda açıq var. Belə ki, proqramın son yenilənməsindən sonra qaleriyadakı hər hansı təsadüfi seçilmiş bir şəkil hansısa bir istifadəçiyə göndərilir və telefon sahibinin heçnədən xəbəri olmur.
    Bu açığın hələlik sadəcə Galaxy S9 və Note 8 modellərində olduğu deyilsədə, son versiyaya yeniləyən istifadəçilərdə də olması gözlənilir.    
    Samsung rəsmiləri istifadəçilərə proqramı yeniləməməyi məsləhət görür. Son versiyanı işlədən istifadəçilər isə Settins/App/Messages hissəsinə daxil olub proqrama verilən icazələrdən Storage(Yaddaş) icazəsini deaktiv etmək yetərlidi. Əgər bu icazəni deaktiv etsəniz MMS göndərmək funksiyasından istifadə edə bilməyəcəksəniz. Rəsmilərin dediklərinə görə qısa müddət ərzində problemi həll edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər