
"Samsung" təqdim edəcəyi səsli asistant haqda rəsmi məlumat paylaşdı
Elm & Texnologiya
07.05.2017
Farid
Bir müddət əvvəl sizlərə "Samsung"un yeni səsli asistantı olan Bixby xidməti haqda məlumat vermişdik. Artıq Samsung şirkəti bu yeniliklə bağlı rəsmi açıqlama verib.
Belə ki, şirkət bu sahədə yenilik olacaq
açıq platformaya sahib süni zəka üzərində çalışdığını açıqlayıb. Hətta şirkətin
rəhbəri In-jonq bu mövzuda yeni səsli
asistantın sahib olduğu xüsusiyyətlərdən də danışıb.
Şirkətin rəhbərinin sözlərinə görə yeni səsli
asistant bir çox ehtiyacları qarşılamaq üçün lazım olan ayrı-ayrı tətbiqləri öz
daxilində əks etdirəcək. Yəni süni zəka vasitəsilə siz bir çox ehtiyac
duyduğunuz işləri bir arada həll edə biləcəksiniz. Məsələn, kofe və ya pizza
sifariş vermək istəyənlər bu işi sadəcə səsli asistant Bixby köməyilə həll edə biləcəklər.
Yeni səsli asistant sizin işinizi asanlaşdırmaqla vaxta qənaət etməyə yardımçı
olacaq.
"Samsung”un Galaxy S8 ilə tanıdacağı xüsusi süni zəka bir çoxları tərəfindən maraqla qarşılanıb.
"Samsung”un Galaxy S8 ilə tanıdacağı xüsusi süni zəka bir çoxları tərəfindən maraqla qarşılanıb.
Paylaş
Bənzər xəbərlər