Logo
    Samsung, ultra sürətli eUFS 3.1 yaddaş çiplərinin istehsalına başladığını bildirdi

    Samsung, ultra sürətli eUFS 3.1 yaddaş çiplərinin istehsalına başladığını bildirdi

            UFS çipləri smartfonlarda istifadə edilən yaddaş çipləridir. Bu çiplərin yazma/oxuma sürəti nə qədər yüksək olarsa, smartfon o qədər sürətli işləyir və faylları ötürə bilir. Samsung, UFS çiplərin eUFS adı verilən özlərinə məxsus yeni versiyasını istehsal etməyə başladığını bildirdi. eUFS 3.1 yaddaş çipləri ilə birliktə smartfonlardakı 1 GB yazma/oxuma limiti də aradan qalxır.

    Samsung, 512 GB həcmə malik eUFS 3.1 yaddaş çiplərinin istehsalına başladı. Galaxy Note 20 modelində istifadə edilə bilər.

            Yeni yaddaş çipləri saniyədə 1200 MB həcmində faylların oxunulması və yazılmasını dəstəkləyir. Müqayisə üçün deyək ki, bu sürət Desktop kompüterlərdə istifadə edilən Sata III SSD ( saniyədə 500 MB )-lərdən 2.4 dəfə daha çoxdur. Bu o deməkdir ki, bu yaddaş çiplərinin istifadə edildiyi smartfonlar çox yüksək sürətli işləri asanlıqla görə biləcək. Hal-hazırda bu texnologiya Xiaomi Mi 10 Pro və Galaxy S20 Ultra 5G modellərində istifadə olunan UFS 3.0 yaddaş çiplərinə görə 60% daha sürətlidir.    
            Samsung rəsmilərinin bildirdiklərinə görə ilk növbədə 512 GB həcmli çiplər sonra isə 256 GB və 128 GB çiplər istehsal olunacaq. Həmçinin rəsmilər qeyd edik ki, 2020-ci il ərzində Samsung tərəfindən istehsal olunacaq bütün flaqman modellərində eUFS 3.1 yaddaş çipləri istifadə olunacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung, ultra sürətli eUFS 3.1 yaddaş çiplərinin istehsalına başladığını bildirdi