main-post-cover

    Samsung-un 5 yeni smartfonu haqqında məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    02.04.2018
    Farid Pardashunas
        Samsung şirkəti artıq Galaxy S9 S9 Plus modellərini təqdim edib. Lakin bu il şirkət həmçinin çoxlu sayda orta büdcəli smartfon modellərini də təqdim edə bilər. Belə ki, internetdə şirkətin 5 smartfonu barəsində məlumatlar ortaya çıxıb. Söhbət Galaxy A6, Galaxy A6 Plus, Galaxy J7 (2018), Galaxy J8 (2018)Galaxy J8 Plus (2018) modellərindən gedir.

        Galaxy A6 və Galaxy A6 Plus modelləri artıq sertifikatlaşdırılma prosesindən keçiblər. Əldə olan məlumatlara əsasən adi Galaxy A6 Exynos 7870 prosessoru, 3 GB RAM ilə təchiz olunacaq və Samsung Experience 9.0 interfeysli Android 8.0 Oreo əməliyyat sisteminə sahib olacaq. Galaxy A6 Plus isə Snapdragon 625 prosessoru və 4 GB RAM-a sahib olacaq. Galaxy J7 (2018) modeli 16:9 nisbətli 5.5 inç ekran, 1.6 GHz tezlikli 8 nüvəli Exynos 7885 prosessoru və 3 GB RAM ilə təchiz olunacaq.

        Sözügedən modellərdən əlavə olaraq yaxın zamanda Galaxy J8 (2018) və Galaxy J8 Plus (2018) modellərinin də çıxacağı gözlənilir. Şayiələrə əsasən Galaxy J8 (2018) Exynos 7870 prosessoru, 3 GB RAM və 3000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Galaxy J8 Plus (2018)-ın isə Snapdragon 625 prosessoru, 3 GB RAM və 3500 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Hər iki smartfin 18:9 nisbətli ekrana sahib olacaq. Sadalanmış bütün smartfon modellərinin satışa çıxma tarixləri və qiymətləri barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər