main-post-cover

    Samsung'un 5G dəstəkli ilk smartfonunun mümkün adı məlum oldu

    Elm & Texnologiya
    25.12.2018
    Emil Nəcəfov
        Gələn il Samsung şirkəti özünün ilk əyilə bilən smartfon modelindən əlavə olaraq 5G dəstəkli ilk modelini də təqdim etməyi planlaşdırır. Şirkət 5G dəstəkli smartfonu çox gizli şəkildə saxlayır. Lakin XDA Developers saytı yenə də sözügedən smartfon barəsində bəzi məlumatları ortaya çıxardıb. Galaxy Note 9 üçün olan Android betasında bolt5gvzw adlı smartfona işarə edən məlumat aşkar edilib.
        Beləliklə XDA Developers saytının mütəxəssisləri bildiriblər ki, adda olan 5g sözü 5G şəbəkəsinə, vzw isə ABŞ-ın məşhur mobil operatoruna (Verizone Wireless) işarə edir. Burdan da belə nəticəyə gəlmək olar ki, Bolt sözü smartfon modelinin adına aiddir. Sadəcə olaraq belə bir sual yaranır ki, Bolt sözü smartfonun kod adıdır yoxsa elə smartfonun öz adıdır?
        Çox güman ki, Galaxy Bolt modeli şirkətin Beyond X kod adına sahib cihazı olacaq. Həmin smartfon 5G şəbəkə dəstəyindən əlavə olaraq əvvəlki modellərdən də fərqlənməlidir. Məlumata əsasən Galaxy Bolt 6.7 düym ekran, 4 arxa kamera, ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası və keramik materialdan hazırlanmış arxa qapaqla təchiz olunacaq. Bundan əlavə olaraq smartfonun ekranında ikili ön kamera üçün nəzərdə tutulmuş dairəvi hissə də olmalıdır.
    Linki kopyala