Logo
    main-post-cover

    Samsung-un AMD ilə əməkdaşlığını dayandırmaq istəməsi məlumatı təkzib edilib

        Dünən məlumat ortaya çıxdı ki, Samsung şirkəti fərdi GPU hazırlamaq niyyətindədir və buna görə də o, AMD ilə əməkdaşlığını dayandırmağı planlaşdırır. Lakin indi məlum olub ki, bu məlumat bir qədər səhv formada təqdim edilib. Yeni məlumatda qeyd edilib ki, Samsung həqiqətən də fərdi GPU-nu yaratmaq istəyir. Lakin o bunu AMD şirkətinin köməkliyi ilə onun texnologiyaları əsasında reallaşdırmağı istəyir.
        “Samsung-un AMD qrafik prosessorlarından imtina etmək istəməsi məlumatı həqiqəti əks etdirmir. Onlar birgə Samsung üçün qrafik prosessor üzərində çalışırlar. Lakin bu daha çox AMD-nin qrafik prosessorunun təkmilləşdirilməsinə bənzəyir. Samsung öz məhsullarında AMD-nin qrafik prosessorlarından istifadəyə davam edəcək” - deyə insayderlər qeyd ediblər. Belə qənaətə gəlmək olar ki, Samsung-un fərdi GPU-su AMD şirkətinin hansısa arxitekturası əsasında hazırlanır. Bundan əlavə olaraq görünür, Samsung-un növbəti Exynos prosessorları özlərində AMD-nin qrafik nüvələrini birləşdirməyə davam edəcəklər.
    Paylaş
    Bənzər xəbərlər