Samsung'un bir sonrakı flaqman modeli ilə bağlı konsept və patent tipli dizaynların şəkli ortaya çıxdı
Elm & Texnologiya
16.04.2018
Nijat Hamid
iPhone X öz çərtikli ekranı ilə mobil bazara yeni bir viral gətirdi. Bildiyimiz kimi, artıq bir çox firma flaqman modellərini çərtikli ekran ilə satışa çıxaracaq. Ortaya çıxan patent müqavilələri və konsept dizaynlara görə Samsung şirkəti də öz flaqman modeli Galaxy S10 telefonunda çərtikli ekran ilə istifadəçilərin qarşısına çıxmağı planlayır.
Bu tip ekranın Note 10 modelində də istifadə ediləcəyi deyilir. Çıxan konsept dizaynlara görə, Samsung bu çıxıntıya öz kameranı, yaxınlıq sensorunu və qulaqcıq girişini əlavə edəcək. Bir digər məlumat isə telefonun maksimum dərəcə çərçivələrdən azad edilməsidir. Yəni S10 modeli əvvəlki modellərə nisbətən daha az çərçivəyə malik olacaq.
Digər bir patent dizayn isə dual kamera modulunun telefonun arxa tərəfində hansı hissəyə yerləşdirilməsi ilə əlaqəlidi. Gördüyümüz kimi kamera modulu 4 tipdə ola bilər. Görək şirkətin mühəndisləri hansını seçəcək.
Ən əsas və maraqlı dizayn isə 100% nisbətində olan və tamamilə ekrandan ibarətən olan bir dizayn modelidir. Bu dizaynda telefonda heç bir çərçivə olmayacaq və həmçinin çərtikli ekrandan istifadə edilməyək. Çox gümanki, bu dizayn tətbiq edilərsə, Samsung telefonlarında öz istehsalı olan cızılmayan şüsədən istifadə edəcək. Və bu da, öz növbəsində Gorilla Glass şüşələrin olmaması deməkdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ