
Samsung'un ekrana inteqrasiya olunmuş ön kameralı ilk smartfonu Galaxy A8s təqdim olundu
Elm & Texnologiya
10.12.2018
Emil
Bugün Çində Galaxy A8s smartfon modelinin təqdimatı baş tutdu. Bu, şirkətin Infinity-O ekranına sahib ilk smartfon modelidir. Smartfonun əsas özəlliyi isə ekranın özünə inteqrasiya edilmiş ön kameradır. Beləliklə ənənəvi çıxıntı hissələrin sonu gəlir. Galaxy A8s Full HD+ keyfiyyətli 6.4 düym Super AMOLED ekranla təchiz olunub. Ekranın yuxarı sol hissəsində isə ön kameranın yerləşdiyi dairəvi hissə var. Smartfonun arxa panelində barmaq izi skanı texnologiyası və üçlü kamera yerləşir.

Əsas texniki göstəricilərinə gəldikdə isə Galaxy A8s 8 nüvəli Snapdragon 710 prosessoru, 6/8 GB RAM, 128 GB daxili yaddaş, 24 MP (f/1.7 diafraqmalı genişbucaqlı modul) + 10 MP ( ikiqat optik zoom üçün f/2.0 diafraqmalı teleobyektiv modulu) + 5 MP üçlü arxa kamera, 24 MP-lik ön kamera və 3300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Galaxy A8s-də həmçinin ənənəvi 3.5 mm-lik audiogiriş və USB Type-C girişi də var. Samsung şirkəti təqdimat zamanı smartfonun satış tarixi və ya qiyməti barəsində məlumat verməyib. Lakin artıq bu ay Çində sözügedən smartfonun ön sifarişlərinə start verilməlidir. Smartfonun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
