main-post-cover

    Samsung-un Exynos 1330 prosessoru Geekbench testlərindən keçib

    Elm & Texnologiya
    17.11.2022
    Emil Nəcəfov
        Samsung şirkəti yeni nəsil flaqman Exynos prosessorlarının öz flaqman smartfonlarında istifadəsindən imtina etsə də, daha aşağı səviyyəli Exynos modelləri şirkətin büdcəli smartfonlarında istifadə ediləcək. Hələ bir neçə gün bundan öncə məlum oldu ki, Samsung hal hazırda Exynos 1380 Exynos 1330 prosessorları üzərində çalışır. Exynos 1380 modeli böyük ehtimal ilə Galaxy A54 smartfonunda istifadə ediləcək. İndi isə məlum olub ki, Exynos 1330 modeli Galaxy A14 5G smartfonunda istifadə ediləcək. Başqa sözlə desək, Exynos 1330 prosessoru Samsung-un büdcəli smartfonlar kateqoriyasında 5G modem dəstəyini əldə edəcək ilk bir kristallı prosessor olacaq.
        Geekbench bençmark saytında testlərdən keçmiş Galaxy A14 5G smartfonu sayəsində məlum olub ki, Exynos 1330 prosessoru 2.4 GHz tezlikdə çalışan 2 ədəd nüvədən və 2.0 GHz tezlikdə çalışan 6 ədəd nüvədən ibarətdir. Prosessorun konkret olaraq hansı nüvələr ilə təchiz olunacağı bilinmir. Geekbench nəticələrinə əsasən Exynos 1330 modeli birnüvəli test çərçivəsində 770 al, çoxnüvəli test çərçivəsində isə 2151 xal toplayır. Bu isə Snapdragon 695 səviyyəsində heç də pis olmayan nəticələrdir. Bununla yanaşı məlumdur ki, sözügedən prosessorda qrafik imkanlardan Mali-G68 çipi cavabdeh olacaq.
    Linki kopyala