main-post-cover

    Samsung'un əyilə bilən smartfonunun kamerası barəsində ilk məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    06.01.2019
    Farid Pardashunas
        Samsung şirkəti özünün ilk əyilə bilən smartfon modelinin hazırlanması üzrə işlərə davam edir. Beləliklə smartfon barəsində yeni məlumatlar da ortaya çıxır. Bir sıra məlumatlara əsasən şirkətin ilk əyilə bilən smartfon modeli Galaxy F adlanacaq. SamMobile adlı məşhur mənbənin verdiyi yeni məlumata əsasən şirkətin ilk əyilə bilən smartfon modeli Galaxy S10 Plus kimi 3 əsas kameraya sahib olacaq və kameralar cihazın ön panelində yerləşəcəklər.
        Kamera modullarından biri isə hələki təqdim edilməmiş Sony IMX374 olacaq. Həmin kamera modulu barəsində məlumatlar sistem təminatı yenilənməsinin faylları arasında aşkar edilib və məlumatlar arasında Winner sözünə rast gəlinib. Qeyd etmək lazımdır ki, şirkətin əyilə bilən smartfon modelinin kod adı məhz Winner-dir.
        Bununla belə bəzi mənbələrin verdikləri məlumatlara əsasən həmin kamera modulu heç də bütün smartfonlarda olmayacaq. Bəzi ölkələrdə əyilə bilən smartfon Samsung şirkətinin istehsalı olan ISOCELL markalı kamera modulu ilə satışa çıxa bilər. Sony IMX374 barəsində heç bir məlumat yoxdur. Lakin çox güman ki, həmin kamera modulu gələn ayın sonunda baş tutacaq MWC 2019 sərgisi çərçivəsində təqdim ediləcək Galaxy S10 seriyasında ortaya çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər