main-post-cover

    Samsung'un əyilə bilən smartfonunun təqribi satış tarixi məlumatı ortaya çıxdı

    Elm & Texnologiya
    12.11.2018
    Farid Pardashunas
        Keçən həftə Samsung şirkəti San Fransiskoda keçirilmiş Samsung Developer Conference tədbiri çərçivəsində özünün ilk əyilə bilən smartfon modelinin prototipini təqdim etmişdi. İndi isə sözügedən smartfonun nə zaman satışa çıxacağı barəsində məlumat ortaya çıxıb. Beləliklə SamMobile saytının verdiyi məlumata əsasən şirkətin ilk əyilə bilən smartfon modeli gələn ilin Mart ayında satışa çıxa bilər. Məlumata əsasən Samsung şirkəti smartfonun qiyməti barəsində hələki yekun bir qərara gələ bilməyib. Lakin çox güman ki, onun təqribi qiyməti 1700$ təşkil edəcək.

        Hal hazırda şirkət 1 milyona yaxın əyilə bilən smartfonun istehsalını planlaşdırır. Bununla yanaşı bir sıra mənbələrin verdikləri məlumatlara əsasən Samsung şirkəti əyilə bilən smartfonun əsas təqdimatında həmçinin Galaxy S10 5G modelini də təqdim edə bilər. Qeyd etmək lazımdır ki, şirkətin ilk əyilə bilən smartfon modeli 7.3 inç Infinity Flex ekranla təchiz olunacaq. Əyilmiş formada ekran 4.6 inç olacaq. Çox güman ki, smartfon həmçinin yeni Exynos prosessoru və 10 GB RAM ilə də təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər