Samsung'un əyilən bilən smartfonu tam fərqli ad ilə bu il təqdim oluna bilər
Elm & Texnologiya
13.08.2018
Farid Pardashunas
Samsung şirkəti əyilə bilən smartfon üzərində 2013-cü ildən
bəri çalışır. Bir neçə müddət bundan öncə isə məlum oldu ki, Huawei şirkəti Samsung-dan
tez tərpənərək əyilə bilən smartfonu ilk olaraq özü təqdim etmək istəyir. Məlumata əsasən Huawei
şirkətinin bu smartfonu ilin sonuna kimi təqdim olunmalıdır. Samsung isə öz əyilə
bilən smartfon modelini gələn ilin əvvəlində təqdim etməyi planlaşdırır. Lakin
son məlumatlara əsasən Samsung şirkəti bu işdə birinciliyi Huawei şirkətinə
vermək niyyətində deyil. Bu barədə Samsung Electronics IT və Mobile şöbələrinin
rəhbəri bildirib.
O bildirib ki, Samsung öz əyilə bilən smartfon modelini artıq
bu il təqdim edə bilər. Lakin dəqiq vaxt aralığı barəsində heç bir məlumat
verilməyib. Lakin biz bu cihaz barəsində nə bilirik? Bugünə qədər məlum idi ki,
Samsung-un əyilə bilən smartfon modeli Galaxy X adlanacaq. Lakin son məlumatlara
əsasən şirkət onun adını Galaxy F-ə dəyişib. Galaxy F-in yeni nəsil
texnologiyalar ilə təchiz olunacağı güman edilir. Onun qiymət aralığı isə
1500-2000$ olacaq. Qeyd etmək lazımdır ki, Samsung və Huawei şirkətlərindən
başqa Çinin Xiaomi və Oppo şirkətləri də gələn il üçün özlərinin əyilə bilən
smartfon modellərini təqdim etməyi planlaşdırırlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)