Logo
    main-post-cover

    Samsung-un Galaxy Ring smart üzüyü Galaxy Watch 6-nı da geridə qoyacaq

    Elm & Texnologiya
    19.07.2023
    Emil
        Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti smart üzük üzərində çalışır və onun Galaxy Ring adlanacağı güman edilir. İndi isə Koreyanın The Elec adlı saytının verdiyi məlumata əsasən şirkətin Galaxy Ring adlı smart üzüyü artıq test mərhələsindədir. İnsayderlər sözügedən cihazın imkanları barəsində məlumat veriblər və onun Galaxy Watch 6 smart saatını hansı özəlliklərə görə geridə qoyacağını söyləyiblər.
        Galaxy Ring-in xarici görünüşü və funksionallığı hələ ki, yalnız patent sənədləri sayəsində məlumdur. Məlumatda qeyd edilib ki, Galaxy Ring-dən istifadə edərək jestlər vasitəsilə smartfonu, noutbuku və ya televizoru idarə etmək mümkün olacaq. Bununla yanaşı smart üzük istifadəçi səhhətinin müəyyən göstəricilərini ölçə biləcək.
        İnsayderlərin sözlərinə əsasən bu baxımdan smart üzük Galaxy Watch 6-nı da geridə qoya biləcək. Galaxy Ring-in elektrokardioqrafiya sensoru və qan təzyiqinin ölçülməsi sensoru ilə təchiz olunacağı gözlənilir. Bəzi məlumatlara əsasən Samsung da Apple kimi özünün AR/VR cihazı üzərində çalışır və Galaxy Ring bu cür cihazın idarəsində istifadə edilə bilər. Smart üzük artıq şirkət daxilində test olunur. Onun nə zaman təqdim olunacağı isə hələ bilinmir.
    Paylaş
    Bənzər xəbərlər