Samsung'un Galaxy S seriyası üçün bir sonrakı dizayn dəyişikliyi əfsanə olacaq

TEXNOLOGİYA


12.07.2018 0 PAYLAŞIM 1255 OXUNMA


        Samsung şirkəti Galaxy S8 modeli ilə Infiniti Display adını verdiyi yeni bir dizayna keçmişdi. Galaxy S9 modelində biraz daha fərqlilik gözlərkən, demək olar ki, Galaxy S8 ilə eyni dizayna malik telefon gördük. Əlbətdə belə olan halda şirkət həm analistlər, həm medya, həm də istifadəçilər tərəfindən çoxlu tənqid aldı. Sızıntı məlumatları ilə məhşur olan İce Universe bu günlərdə paylaşdığı şəkil ilə Samsung şirkətinin Galaxy S seriyasının dizaynını əslində necə etmək istədiyini göstərdi. 

İce Universe paylaşımına görə Samsung bir sonrakı modeldə ekran çərçivələrini aradan qaldırmaq istəyir. Yəni çox incə çərçivələr olması planlanır.     

        Paylaşılan şəkildə göründüyü kimi ekranın 4 tərəfdən də çox incə çərçivələr ilə əhatə olunduğunu görürük. Şirkət digər çinli rəqibləri ilə daha yaxşı rəqabət aparmaq üçün belə bir yeniliyin mütləq olduğunu düşünür. Digər markalar ekran çərçivələrini kiçiltmək üçün çərtikdən istifadə edərkən Samsung bu addımı atmadı və çərtiksiz ekran ilə telefonlarını satışa çıxardı. Bu qədər incə çərçivələrin olması demək, telefondakı bir çox detalın və modulun yenidən daha portativ hazırlanması deməkdir.

       Samsung bunun üçün yeni 3D kamera texnologiyası üzərində İsrailli bir sıra şirkətlər ilə artıq çalışmağa başlayıb. Şirkətin planlarına görə şəkildəki dizaynı və ya ona maksimum dərəcə yaxın bir dizaynı gələn il satışa çıxacaq olan Galaxy S10 modelində görməyimiz mümkündür.