main-post-cover

    Samsung'un ikinci qatlana bilən smartfonu W20 5G

    Elm & Texnologiya
    20.11.2019
    Emil Nəcəfov
        Əvvəlcədən də planlaşdırıldığı kimi Samsung şirkəti Çində öz ikinci qatlana bilən smartfon modeli W20 5G-ni təqdim edib. Smartfon xarici görünüşcə Galaxy Fold-a bənzəsə də ondan bəzi xarici görünüş və texniki özəlliklər üzrə fərqlənir. Galaxy Fold kimi W20 5G smartfonu da şaquli şəkildə qatlana bilir. Xarici tərəfdən smartfon 1680x720 piksel keyfiyyətli 4.6 düym ekran, daxili tərəfdən isə HDR10+ dəstəkli 2152x1536 piksel keyfiyyətli 7.3 düym ekran ilə təchiz olunub. W20 5G smartfonu Galaxy Fold-un tam kopyası olmayıb. Galaxy Fold-dan fərqli olaraq W20 5G smarffonu düz künclərə sahib fərqli dizaynda reallaşdırılıb. Bundan əlavə olaraq W20 5G-ni ağ rəngli gövdə vasitəsilə Galaxy Fold-dan ayırmaq mümkündür.
        Texniki göstəricilərə gəldikdə isə smartfon 5G şəbəkə dəstəkli Snapdragon 855 Plus prosessoru, 12 GB RAM, 512 GB daxili yaddaş həcmi, 12 MP (genişbucaqlı kamera) + 12 MP (teleobyektiv) + 16 MP (ultragenişbucaqlı kamera) üçlü arxa kamera, 10 MP + 8 MP ikili ön kamera, xarici ekran üzərində 10 MP-lik əlavə kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 4235 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon One UI 2.0 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Samsung W20 5G yaxın zamanda Çində satışa çıxmalıdır. Onun satış qiyməti və digər regionlarda satılıb-satılmayacağı barəsində bir məlumat verilməyib. Keçən ilki W2018 modeli yalnız Asiya bazarında satışa çıxmışdı. 
    Linki kopyala