
Samsung-un kod adı SOLİS olan yeni ağıllı saatı: GEAR S3
Elm & Texnologiya
07.05.2017
Farid
Axırıncı dəfə Samsungun Gear S2 saatını istehsal edib satışa verməyindən xeyli vaxt keçib. İndi isə firma özünün yeni ağıllı saatını təqdim etməyə hazırlaşır. Bu saat Gear S3-dür. Belə görünür ki, Samsung avqust ayında olacaq Galaxy Note 7 tədbirində özünün yeni ağıllı saatını təqdim edəcək. Şübhəsiz bu saat Gear S3 olacaq.
Bu gün Gear S3 modeli haqqında bir sıra məlumatlar yayımlanıb. "SamMobile"-ın verdiyi məlumata əsasən Gear S3 saatı "Solis" kod adı ilə gəlir. Solis sözü latın dilindən tərcümədə "günəş" mənasını verir. Məlumata görə cihaz dairəvi quruluşda olacaq.
Cihaz SM-R760, SM-R765, SM-R770, SM-R765V və SM-R765S versiyalarında olacaq və Gear S2 kimi Tizen əməliyyat sistemi ilə işləyəcək.
Hələki Gear S3 haqqında başqa xəbər yayımlanmayıb. Saat haqqında digər məlumatlarıda tapmağa çalışacağıq.
Paylaş
Bənzər xəbərlər