Samsung-un mobil şöbəsinə yeni rəhbər təyin edildi
Elm & Texnologiya
21.01.2020
Farid Pardashunas
Samsung şirkətinin daxilində kadr dəyişikliyi baş verib. Belə ki, şirkətin mobil şöbəsinə yeni rəhbər təyin edilib. Bu barədə Reuters saytı xəbər verib. Samsung-un mobil şöbəsinin yeni rəhbəri qismində Roh Tae-moon təyin edilib. Onun 51 yaşının olmasına baxmayaraq o, Samsung-un ən cavan prezidentidir. Daha öncə Roh Tae-moon, Galaxy məhsullarının hazırlanması üzrə olan şöbəyə rəhbərlik edirdi.
Şirkətin mobil şöbəsinin yeni rəhbəri vəzifəsinə keçid edərək o, əvvəlki rəhbər Dong Jin Koh-u əvəz edib. Dong Jin Koh həmin vəzifədə 2017-ci ildən bəri çalışırdı. Bundan sonra o, şirkətin IT və mobil kommmunikasiyalar şöbəsinə rəhbərlik edəcək. Qeyd etmək lazımdır ki, Roh Tae-moon daha öncə cihazların istehsal məsələsində autsorsinq vasitəsilə xərclərin aşağı salınmasına nail olmuşdu. İndi isə onun əsas vəzifəsi Çindən olan rəqiblərlə mübarizə aparmaqdır. Burda ilk növbədə Huawei şirkəti dayanır. Onun əsas tapşırığı smartfon bazarındakı liderliyi qorumaqdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək