Logo
    main-post-cover

    Samsung-un qatlana bilən planşet üzərində çalışdığı təsdiqlənib

        Samsung artıq uzun müddətdir ki, qatlana bilən smartfonları istehsal edir. İndi isə şirkət qatlana bilən planşetləri və noutbukları istehsal etməyi planlaşdırır. Bir neçə müddət bundan öncə insayderlərdən biri qeyd etmişdi ki, Samsung bu il ərzində qatlana bilən planşetini təqdim edəcək. Bunun dəqiq şəkildə nə zaman baş verəcəyi bilinmir. Lakin Samsung təmsilçisi təsdiqləyib ki, şirkət həqiqətən də bu cür cihaz üzərində çalışır.
        Bu məlumatı Samsung-un mobil şöbəsinin rəhbəri T.M. Roh təsdiqləyib. “Smartfonlarda tətbiq edilmiş texnologiyalar növbəti mərhələlərdə həm planşetlərdə həm də noutbuklarda tətbiq ediləcək. Bu məqsədlə Samsung çoxlu resurs sərf edir” - deyə T.M. Roh qeyd edib. Samsung-un mobil şöbəsinin rəhbəri əlavə edib ki, şirkət qatlana bilən planşetlər ilə noutbukları o zaman satışa çıxaracaq ki, o öz alıcılarına lazımi innovasiyaları təqdim edə bilsin.
    Paylaş
    Bənzər xəbərlər