
Samsung-un smart üzüyü barəsində yeni məlumatlar ortaya çıxıb
Elm & Texnologiya
19.09.2023
9to5google saytının müəllifləri Samsung-un Galaxy Wearable tətbiqində şirkətin hələ təqdim olunmamış smart üzüyünün qeyd olunduğunu aşkar ediblər. Qeyd etmək lazımdır ki, Galaxy Wearable tətbiqi Samsung-un taxıla bilən cihazları üçün nəzərdə tutulmuş bir tətbiqdir. Məlum olub ki, tətbiqin proqram təminatı kodunda Galaxy Ring adı mövcuddur. Bundan əlavə olaraq tətbiqdə smart üzüyün ikonu da əks olunub. Tətbiqdə aşkar edilmiş məlumata əsasən Samsung-un smart üzüyü gələn il satışa çıxacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...