
Samsung'un təmiz Android ilə çalışan ilk smartfon modeli Galaxy J2 Core təqdim olundu
Elm & Texnologiya
24.08.2018
Emil
Bugün Samsung şirkəıti
Hindistandakı təqdimatda Galaxy J2 Core büdcəli smartfon modelini təqdim etdi.
Sözügedən smartfon Android Go proqramına daxil oldu və şirkətin təmiz Android əməliyyat
sistemi vasitəsilə çalışan ilk smartfonu oldu. Beləliklə Galaxy J2 Core modeli
960x540 piksel keyfiyyətli 5 inç TFT ekran, 4 nüvəli Exynos 7570 prosessoru, 1
GB RAM, 8 GB daxili yaddaş (microSD dəstəkli), f/2.2 diafraqmalı 8 MP-lik arxa
kamera, 5 MP-lik ön kamera və 2600 mAh enerji tutumlu batareya ilə təchiz
olunub.
Smartfonda Home fiziki düyməsi və ya sensorlu düymələr yoxdur.
Smartfonun idarəetməsi onun ekranı vasitəsilə reallaşdırılır. Smartfonun
korpusu isə plastikdən hazırlanıb və Android Oreo Go Edition əməliyyat sistemi
vasitəsilə çalışır. Yaxın zaman ərzində Galaxy J2 Core Hindistan və Malayziya
bazarlarında satışa çıxacaq. Onun qiyməti 100$ təşkil edəcək. Smartfonun digər
bazarlarda satışa çıxıb-çıxmayacağı barəsində isə heç bir məlumat verilməyib.
Paylaş
Bənzər xəbərlər