Logo
    main-post-cover

    Samsung-un yeni kamera texnologiyası kamera çıxıntılarını azaldacaq!

    Elm & Texnologiya
    19.11.2024
    Farid

         Samsung-un yeni kamera texnologiyası böyüyən və telefonda çıxıntı yaradan kameraları kiçiltməyi vəd edir. Bəs yenilikçi ISOCELL ALoP adlı bu texnologiya, nə təklif edir?

         Samsung-un yaxın zamanda təqdim etdiyi ISOCELL ALoP (Lens on Prism) texnologiyası, periskop kameralarında linzaları şaquli deyil, üfüqi şəkildə yerləşdirməklə modulların ölçülərini və qalınlığını azaltmağı hədəfləyir. Bu texnologiya, eyni zamanda daha böyük ölçülü linzaların istifadəsinə imkan verərək, daha parlaq və dəqiq şəkillərin çəkilməsini təmin edir.
         ALoP texnologiyası 40° bucaqlı prizma10° bucaqlı sensor mexanizmi vasitəsilə telefoto kamera modullarının ümumi hündürlüyünü və uzunluğunu ənənəvi dizaynlarla müqayisədə 22% azaldır. Bu isə kameranın telefondan çıxıntı yaratmadan yerləşdirilməsinə şərait yaradır. Yenilikçi linza tərtibatı 80 mm fokus məsafəsi f/2.58 diyafram açıqlığını dəstəkləyir, beləliklə az işıq şəraitində belə daha parlaq və az səs-küylü görüntülər təqdim edir.
         ALoP dizaynı yalnız kamera modullarının ölçüsünü kiçiltmir, həm də periskop kameraların kvadrat formasını aradan qaldıraraq digər linzalarla uyğunlaşan ənənəvi dairəvi görünüşlü kamera tərtibatını təmin edir. Samsung-un bu texnologiyanı ilk olaraq hansı modeldə istifadə edəcəyi hələlik məlum deyil. Lakin gələn il daha incə Galaxy S25 modelinin təqdim olunacağı gözlənilir. Ola bilsin ki, bu yeni texnologiya həmin modeldə öz əksini tapsın.
    Paylaş