main-post-cover

    'Samsung'un yeni qapaqlı flaqman modelinin fotoları sızdırıldı

    Elm & Texnologiya
    10.11.2017
    Farid Pardashunas
    Güman olunur ki, bu ay “Samsung” şirkəti öz yeni qapaqlı flaqman smartfonunu təqdim edəcək.

    Həmin smartfonun yeni fotoları internetə sızıdırılıb. “Samsung” tək-tük şirkətlərdən biridir ki, indiyənə kimi qapaqlı smartfonları istehsal edir. Məlumata əsasən Samsung SM-W2018 adlı smartfon 4.2 inç-lik 2 ədəd FHD ekranla təchiz olunacaq. Sızdırlmış fotolardan da görmək olar ki, daxili və xarici ekranlar böyük olmayan çərçivələrə sahibdirlər.

    Smartfonun korpusu və fiziki düymələri metaldan hazırlanıb. Arxa paneldə qalan barmaq izlərindən isə belə qənaətə gəlmək olar ki, o, şüşədən hazırlanıb. Arxa kamera arxa panelin ortasında yerləşir. Onun solunda işıqlandırma sistemi, sağında isə barmaq izi skanı yerləşir. Bəzi məlumatlara əsasən bu model Snapdragon 835 prosessoruna sahib olacaq.

    Lakin bəziləri isə bildirirlər ki, o, Snapdragon 821 prosessoru ilə təchiz olunacaq. Bundan əlavə olaraq smartfonun 4 və ya 6 GB RAM və 64 GB daxili yaddaş ilə təmin olunması gözlənilir. Bununla yanaşı yeni qapaqlı cihaz 12 MP-lik arxa kameraya, 5 MP-lik ön kameraya və 2300 mAh enerji tutumlu batareyaya sahib olacaq. Həmçinin smartfonun göz qişası skanına da sahib olacağı şansı var. Çox güman ki, smartfon artıq bu ayın sonunda hələki Çində satışa çıxacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər