
Samsung-un yeni qatlana bilən OLED ekranı hərbi standart testlərindən keçib
Elm & Texnologiya
21.02.2024
Emil
Sammobile saytının vermiş olduğu məlumata əsasən Samsung-un Samsung Display şirkəti elan edib ki, onun yeni qatlana bilən OLED ekranı MIL-STD-810G hərbi standartının testlərindən keçib. ABŞ Müdafiə Nazirliyi tərəfindən tərtib edilmiş bu testlərdən uğurla keçmək onu göstərir ki, Samsung-un yeni qatlana bilən OLED ekranı olduqca dözümlü olacaq. Məlumata əsasən Samsung Display-in 7 düym ölçülü qatlana bilən yeni OLED ekranı olduqca çətin şərtlər altında 4 saat ərzində çalışmağa davam edib. Ekran üzərinə -10 dərəcə Selsi temperaturlu su səpələnən zaman ekran səthini 6 mm qalınlığa sahib buz layı bağlayıb.
Bununla yanaşı yeni qatlana bilən OLED ekran -32 dərəcə Selsidən +63 dərəcə Selsi temperatura kimi olmuş şəraitlərdə 2 saat ərzində heç bir performans düşüşü olmadan çalışa bilib. Bu testlər 12 saat ərzində 3 dəfə təkrar edilib. OLED ekran hətta zərbəyə dözümlülük testlərindən keçdikdən sonra da standart şəkildə çalışa bilib. Onu 26 dəfə 1.22 metr hündürlükdən yerə atıblar. Ekran yüksək sürətlə fırlanma çərçivəsində təzyiqə məruz qalıb. Bu isə onu göstərir ki, ekran hətta ekstremal hərəkətlər zamanı da çalışa bilir. Bu cür OLED ekranın Samsung-un növbəti qatlana bilən smartfonlarında istifadə edilib-edilməyəcəyi bilinmir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
