Samsung-un yeni qatlana bilən smartfon modelinin adı bəlli oldu

Samsung-un yeni qatlana bilən smartfon modelinin adı bəlli oldu

Texnologiya
13.01.2020 PAYLAŞIM

    Artıq 1 aydan sonra Samsung şirkəti yeni qatlana bilən smartfon modelini təqdim etməlidir. Bir çoxları həmin smartfonu şərti olaraq Galaxy Fold 2 adlandırırdılar. Lakin əslində isə smartfon tamamilə fərqli ada sahib olacaq. Ice Universe ləqəbli məşhur insayder məlumat verib ki, şirkət öz yeni qatlana bilən smartfon modelini Galaxy Z Flip adlandıracaq. Qeyd etmək lazımdır ki, Las Veqasda keçirilmiş CES 2020 sərgisi çərçivəsində şirkət bağlı qapılar arxasında yeni qatlana bilən smartfon modelini sərgiləmişdi.


    Həmin vaxtda məlumat ortaya çıxmışdı ki, smartfon Galaxy Bloom adını əldə edəcək. Lakin indi verilmiş məlumata əsasən həmin ad sadəcə prototip ad kimi çıxış edir. Son məlumat sızıntılarına əsasən Galaxy Z Flip smartfonu keçən ilin sonunda təqdim edilmiş yeni Motorola RAZR-ın dizaynında reallaşdırılacaq. Smartfon baha olmasın deyə ona Snapdragon 855 prosessoru quraşdırılacaq. Böyük ehtimal ilə Galaxy Z Flip smartfonu gələn ay Galaxy S20 flaqman  smartfon seriyası ilə birlikdə təqdim olunacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Youtube kanalı OWC 27 düyümlük iMac-ı tamamilə sökdü: Nələr dəyişib?

Youtube kanalı olan OWC Apple-a məxsus olan 27 düyümlük iMac kompüterini tamamilə sökdü. Bəs nələr d..


Bütün yeni prosessorlarda təhlükəli boşluqlar aşkarlandı: Intel, ARM, IBM və AMD..

İntel, ARM, İBM və AMD şirkətlərinə məxsus yeni və müasir prosessorlarda təhlükəli boşluqlar aşkarla..


Huawei şirkətindən Desktop (stolüstü) kompüterlər gəlir

Böyük bazar payına malik olan Huawei şirkətinin sızdırılan məlumatlara görə Desktop kompüterləri gəl..


MediaTek və Intel birgə əməkdaşlıq çərçivəsində noutbuklar üçün 5G modem anons e..

Keçən il MediaTek və Intel şirkətləri noutbuklar üçün nəzərdə tutulmuş 5G modemin yaradılması üzrə ə..


Böyük bir dövrün sonu: Toshiba şirkəti noutbuk istehsalı sahəsindəki fəaliyyətin..

Toshiba şirkəti özünün 35 illik portativ kompüter istehsalçısı karyerasını bitirdiyini rəsmi şəkildə..


Dünyanın ilk 6G şəbəkəsinin nə zaman işə salınacağı məlum olub

Cənubi Koreya hökuməti 6G şəbəkəsinin istifadəyə verilmə planları haqqında danışıb.

×