main-post-cover

    `Samsung`un yeni telefonu ortaya çıxdı

    Elm & Texnologiya
    08.07.2017
    Orxan Jafarli
    Texnologiya nəhəngi Samsung-un yeni bir telefonu olan TENAA göründü. Telefonun xarici görünüşü və texniki xüsusiyyətləri belədir.
    Yeni flaqman smartfon  telefonu Galaxy Note 8-ə fokuslanan “Samsung”,  davam etdirdiyi digər  serialar üçün də yeni cihazlar çıxarmağa laqeyd yanaşmır. Çünki bu gün “Samsung” marka yeni bir qapaqlı smartfon telefonu TENAA təsdiq alarkən ortaya çıxdı.
    Bu gün TENAA modelinin təsdiqini alan SM-G9298 model nömrəsi ilə, “Samsung” marka yeni bir qapaqlı telefon ortaya çıxdı. Ortaya çıxan bu yeni smartfon telefonun önə çıxan ən böyük xüsusiyyəti isə iki ekrana sahib qapaqlı bir quruluşda olmasıdır.

    Ortaya çıxan sənədlərə görə bu yeni smartfon telefon: Snapdragon 821 prosessor setindən, 4,2 inç ölçüsündə və FullHD (1080 x 1920) keyfiyyətində iki ədəd ekrana, 4 GB RAM / 64 GB ROM (Daxili yaddaş sahəsi), arxada 12MP -lik ön tərəfdə isə 5MP-lik kamera sensoruna və 2300 mAh bir batareyaya sahibdir.

    Son olaraq, SM-G9298 model nömrəsinə sahib olan bu yeni “Samsung” marka qapaqlı smartfon telefonun, Android 6.0.1 əməliyyat sistemi ilə çalışdığını və naqilsiz şarjı dəstəklədiyini də ifadə etmədən keçməyək.
    Linki kopyala