Samsung və LG gələn ilki smartfonlarında səs yayan ekranlardan istifadə edəcəklər (VİDEO)
Elm & Texnologiya
13.06.2018
Farid Pardashunas
Bir neçə müddət bundan öncə
Samsung şirkəti SID 2018 tədbirində özünün səs yayan ekranını göstərmişdi. Həmin
ekranda səsgücləndiricilər yoxdur. Səs adi səsgücləndiricinin yerinə vibrasiya
və sümük keçiriciliyi köməyi ilə ötürülür. Beləliklə bu halda adi səsgücləndiricilərin
lazım olmadığına görə ekranın yuxarı və aşağı çərçivələrini daha da nazikləşdirmək
olar. Bunun sayəsində isə ekranın cihaz üzərindəki sahəsini böyütmək olar.
İndi
isə məlum olub ki, Samsung və LG şirkətləri sözügedən texnologiyanı gələn ilki
smartfonlarında istifadə edəcəklər. Samsung şirkətinin gələn ilki smartfon modellərində
istifadə etməyi planlaşdırdığı səs yayan ekranın ölçüsü 6.2 inç-dir. Beləliklə
şirkət böyük ölçülü ekranı Galaxy S10-un kompakt korpusuna yerləşdirə bilər.
Buna baxmayaraq smartfon yuxarı hissədə kamera və ötürücüləri özündə birləşdirəcək
nazik çərçivəyə sahib ola bilər. Lakin səsgücləndiricinin olmaması faktoru həmin
çərçivənin daha da nazikləşdirilməsinə gətirib çıxaracaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)