Logo
    main-post-cover

    Samsung ViewFinity S9 adlı professional monitor təqdim edilib - QİYMƏTİ

        Samsung şirkəti ViewFinity S9 adlı professional monitoru təqdim edib. Təqdim olunmuş bu monitor Apple şirkətinin Studio Display adlı monitoru ilə rəqabət aparacaq. Samsung ViewFinity S9 ilk növbədə fotoqraflar, dizaynerlər və multimedia kontenti ilə çalışmanı tələb edən digər peşələrin sahibləri üçün nəzərdə tutulub. Samsung-un yeni monitoru metal gövdədən hazırlanmış gövdəyə sahibdir və 60 Hz-lik təsvir yenilənməsinə sahib 5120x2880 piksel keyfiyyətli 27 düym IPS ekran ilə təchiz olunub.
        Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. O, DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitorun yuxarı hissəsində veb kamera da yerləşdirilib. Şirkət üstəlik monitora səsgücləndiricilər də quraşdırıb. Samsung ViewFinity S9 özündə Thunderbolt 4, USB Type-CMini DisplayPort girişlərini birləşdirir. Samsung ViewFinity S9 artıq satışa çıxıb və 1600$ qiymətində satılır.
    Paylaş
    Bənzər xəbərlər