main-post-cover

    Samsung virtual reallıq eynəyini təqdim etdi (VİDEO)

    Elm & Texnologiya
    06.10.2017
    Orxan Jafarli
    Samsung HMD Odyssey adındakı  virtual reallıq eynəyi ilə qarşımıza çıxdı. Microsoft-un başcılıq etdiyi virtual reallıq sahəsinə Samsung-da iddialı bir giriş etdi.
    Samsung-un virtual reallıq bazarına giriş bileti olan HMD Odyssey, gerçək dünya ilə virtual reallıq dünyasının harmanlanarak bir arada təqdim edildiyi bu yeni konsept üçün olduqca iddialı bir məhsuldur.
    Samsung HMD Odyssey üçün firma bazarda ən yaxşı təcrübə təklif edən məhsul olduğunu iddia edərkən, məhsulda iki ədəd 3.5 inç böyüklüyündə 1600 × 1400 piksel AMOLED ekran yer alır. 60/90 Hz frekanslarını dəstəkləyən bu ekranlar, 110 dərəcəlik bir görüş bucağı təqdim edə bilir.
    Bunların yanında eynəkdə iştirak edən sensorlar sizin mövqenizi təyin edərkən bunlar; bədən hərəkətlərini təyin 6 DOF sensor, 6 oxlu akselerometr, 6 oxlu gyroscope, 3 oxlu kompas və yaxınlıq sensoru olaraq sıralanır.
    Üzərində birde Touchpad saxlayan idarəçiyə əlavə olaraq iki mikrofonlu AKG qulaqlıq təqdim edilir. 4 metr uzunluğunda bir USB 3.0 kabel ilə istifadəçinin xidmətinə təqdim edilən Samsung HMD Odyssey, USB 2.0 və ya HDMI 2.0 ilə də istifadə edilə bilir.
    645 qram ağırlığındakı Samsung HMD Odyssey üçün təyin olunan qiymət isə 499 dollar ikən cihazın ilin sonuna doğru Amerika, Çin, Koreya, Braziliya və Hong Kongda satışa çıxması gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər