main-post-cover

    Samsung W2018 qapaqlı flaqman modelinin ilk videosu sızdırıldı

    Elm & Texnologiya
    20.11.2017
    Farid Pardashunas
    İnternetdə “Samsung” şirkətinin W2018 adlı yeni qapaqlı flaqman smartfonunun ilk videosu təqdim olunub.
    3 dəqiqəyə yaxın olan videoda yeni smartfonun özəllikləri göstərilib. Güman olunur ki, W2018 8 nüvəli Snapdragon 835 prosessoru, 6 GB RAM və 64 GB daxili yaddaş ilə təchiz olunacaq. Bundan əlavə olaraq sözügedən model iki ədəd 4.2 inç AMOLED ekrana, 12 MP-lik arxa və 5 MP-lik ön kameraya sahib olacaq. Videodan da görmək olar ki, yeni qapaqlı flaqman modelinin istənilən ekranını bir toxunuşla aktiv etmək mümkün olacaq. Smartfonun anonsunun 1 Dekabr tarixində baş tutacağı güman olunur. Lakin ilk mərhələdə o yalnız Çin bazarında satılacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər