Logo
    main-post-cover

    Samsung W2019 qapaqlı flaqman smartfonunun təqdimat tarixi açıqlandı

        Keçən həftə internetdə Samsung şirkətinin W2019 adlı qapaqlı flaqman smartfon modelinin fotoları sızdırılmışdı. Bugün isə şirkət smartfonun təqdimat tarixini rəsmi olaraq açıqladı. Beləliklə W2019 flaqman smartfonu 9 Noyabr tarixində Çində təqdim olunacaq Şirkət tərəfindən təqdim edilmiş posterdən də görmək olar ki, smartfon 2  rəngdə təqdim olunacaq: Rose GoldPlatinum. Qeyd emtək lazımdır ki, sonuncu sızdırılmış məlumatlara əsasən W2019 4.2 inç-lik iki Super AMOLED ekran, Snapdragon 845 prosessoru, 8 GB RAM, 3000 mAh enerji tutumlu batareya və ikili kamera ilə təchiz olunacaq. Smartfonun qiymətinin 2000$ olacağı güman edilir.

    Paylaş
    Bənzər xəbərlər