Logo
    main-post-cover

    "Samsung" yeni bir rekord qırdı!

    "Samsung”, kifayət qədər yüksək olan gündəlik ticarət rəqəmlərini paylaşdı. "Samsung”un rekord səviyyəsindəki statistikalarına baxaraq yüksəlişini davam etdirdiyini görə bilərik.


    "Samsung” keçən ay 2016-cı ilin birinci yarısının ticari rəqəmlərini açıqlamışdı. 2014-cü ilin birinci yarısından sonra ən yüksək nəticəni bu il əldə edən şirkət, sürətlə böyüməyə davam etdiyini bizlərə beləcə bildirmiş oldu.
    Cənubi Koreya şirkəti olan "Samsung”un bu artımını, bu yaxınlarda təqdim edilən Galaxy S7, Gear VR kimi yeni modellərin köməyi ilə sürətləndirdiyi hərkəsə məlumdur.
    "Samsung Electronics” tərəfindən gündəlik ticari rəqəmlər, şirkətin birjada yeni gün içi əməliyyat rekordunu qırdığına işarə edir.
    "Technote.az”ın "Reuters”a əsasən verdiyi xəbərə görə "Samsung”un gün içi erkən ticarət səhmləri 1.585 milyon artım göstərərək, 1.433.73 dollar rəqəmi ilə rekord həddə çatdı.
    Paylaşılan digər bir məlumatda isə şirkətin ağıllı telefon və mikroçip istehsalından 2016-cı ilin Aprel-İyun aylarında əldə etdiyi gəlirin 3.3 milyard dollar olduğu bildirilir.
    "Samsung”un hissələrindəki artışın gələcək müddətdə şirkətin böyüməsinə göstərəcəyi təsiri hər kəsə maraqlıdır.
    Paylaş
    Bənzər xəbərlər