Logo
    main-post-cover

    Samsung yeni büdcəli Chromebook üzərində çalışır

         Verilmiş məlumata əsasən Samsung şirkəti yeni büdcəli Chromebook üzərində çalışır. Məlumatda qeyd edilib ki, şirkətin ChromeOS vasitəsilə çalışacaq yeni noutbuku Pirrha kod adına sahibdir. Məlumata əsasən Samsung-un yeni Chromebook-u Intel Core i3-N305 prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM ilə 128 GB-lıq SSD-ni birləşdirəcək. Bundan əlavə olaraq yeni Chromebook USI (Universal Stylus Initiative) adlı texnologiyanın dəstəyinə sahib olacaq. Bu isə o deməkdir ki, sözügedən Chromebook-da istənilən stilus vasitəsilə çalışmaq mümkün olacaq. Samsung-un yeni Chromebook-nun nə zaman təqdim olunacağı bilinmir. Çox güman ki, bu, 2024-cü ildə baş tutacaq.
    Paylaş