
"Samsung" yeni daha üstün qapaqlı telefonunu təqdim etməyə hazırlaşır
Elm & Texnologiya
07.05.2017
Farid
Cənubi Koreyanın ağıllı telefon
istehsalçılarından olan "Samsung" şirkəti, növbəti nömrəli modelini nümayiş
etdirməyə hazırlaşır. "Samsung"un üzərində çalışdığı SM-W2017 modeli digəri ilə
müqayisədə daha irəli səviyyəlidir. Belə ki, bu modeli sahib olduğu xüsusiyyətlərə
görə Galaxy S7 adlandırırlar.
Qapaqlı Galaxy S7 olaraq dəyərləndirilir!
Phonedog tərəfindən paylaşılan məlumata görə,
4.2 inç böyüklükdə Super AMOLED ekranın yer aldığı telefon gücünü Qualcomm-un Snapdragon
820 prosessorundan və Adreno 530 qrafik vahidindən alır. 4 GB RAM ilə gələn
Samsung Veyron, 64 GB daxili yaddaş təklif edir. Cihazın arxa kamerası 12 MP, ön
kamerası isə 5 MP olmaqla, dizayn baxımından Galaxy S7-ni xatırladır. Arxa tərəfində
həmçinin barmaq izi sensoru olan Samsung Veyron telefonu Samsung Pay ödəmə
texnologiyasını dəstəkləyir.
Paylaş
Bənzər xəbərlər