Logo
    main-post-cover

    "Samsung" yeni Galaxy S8 Edge telefonu ilə müştərilərini sevindirməyə hazırlaşır

    "Samsung” öz müştərilərinə Note 7-ni unutdurmaq üçün Galaxy S8 Edge üzərində ciddi işlər görür.

    Samsung son zamanlar yaşadığı bədbəxt hadisələrdən sonra istifadəçilərini Galaxy S8Galaxy S8 Edge telefonları ilə sevindirmək istəyir. Note 7-dən fərqli olaraq Edge modelinin daha böyük ekrana və batareyaya sahib olması gözlənilir. Belə görünür ki, şirkət Note 7 ilə bağlı yaşadığı problemləri Galaxy S8 seriyası ilə unutdurmaqda qərarlıdır.
    Kluma-da ortaya çıxan detallarda telefon haqda ilkin fikirlər öz əksini tapır. Detallara fikir versək telefonun 5.5 inç böyüklükdə Super AMOLED ekranının 4K, yəni 3840 x 2160 pikselə sahib olacağını demək mümkündür. Bundan əlavə cihaz Snapdragon 830Exynos 8895 çipsetləri ilə təchiz olunacaq. Cihazın RAM dəyərinin 6 GB və ya 8 GB olması gözlənilir. "Samsung" yeni cihazını 2017-ci ilin mart ayında təqdim edəcək.

    Note 7 ilə bağlı problem hələ də tam həllini tapmadığı üçün Galaxy S8 seriyasının Mobil Dünya Konqresində təqdim olunması gözlənilir. Ekran ölçüsü böyük olacaq Galaxy S8 Edge, proqram təminatı olaraq Note 7-nin yeni interfeysinə və digər yeniliklərə sahib olacaq.
    Ümid edirik ki, "Samsung”un yeni təqdim edəcəyi telefonlar daha yüksək funksionallığı özündə birləşdirəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    "Samsung" yeni Galaxy S8 Edge telefonu ilə müştərilərini sevindirməyə hazırlaşır | Technote