main-post-cover

    Samsung yeni model smart saatlar, fitnes qolbaqlar və planşetlər hazırlayır

    Elm & Texnologiya
    26.12.2018
    Emil Nəcəfov
        SamMobile saytı Samsung şirkətinin gələn ilin əvvəli üçün mümkün olan planları barəsində məlumat verib. Beləliklə məlum olub ki, şirkət gələn ilin əvvəlinə bir neçə məhsul hazırlamaqla məşğuldur: Smart saatlar, fitnes qolbaqlar və planşetlər. Məlumata əsasən şirkətin yeni smart saat modeli Pulse kod adına və SM-R500 model nömrəsinə sahibdir. Şayiələrə əsasən yeni smart saat modeli Galaxy Sport adlanacaq və hal hazırki Gear Sport modelini əvəz edəcək.
        Bundan əlavə olaraq məlumata əsasən smart saat Tizen platformasına, 4 GB daxili yaddaş həcminə, Bixby səsli köməkçisinə və bir neçə ölçüyə sahib olacaq. Şirkət həmçinin SM-R370SM-R375 model nömrəli iki ədəd daşınıla bilən cihaza da sahibdir. Güman edilir ki, onlar Galaxy Fit seriyası çərçivəsində hazırlanan yeni fitnes qolbaqlardır. Sözügedən qolbaqların qara, ağ, gümüşü və sarı rənglərdə olacağı güman edilir. Artıq bir neçə müddət bundan öncə məlum olmuşdu ki, şirkət Galaxy Tab A planşet seriyasının yeni modelləri üzərində çalışır.
        SM-T720SM-T725 model nömrəsinə sahib planşet modelləri 64/28 GB daxili yaddaş həcminə sahib olacaqlar və boz ilə qara rənglərdə satılacaqlar. SM-T515 modeli qara və gümüşü rəngdə, SM-P200SM-P205 modelləri isə 32 GB daxili yaddaş həcminə sahib olacaqlar və boz ilə qara rənglərdə satılacaqlar. Beləliklə belə qənaətə gəlmək olar ki, gələn il Samsung şirkəti yetəri qədər planşet modeli təqdim edəcək. Çox güman ki, bu məhsulların br neçəsi və ya biri fevral ayında baş tutacaq MWC 2019 sərgisində təqdim olunacaq.
    Linki kopyala