
Samsung yeni S Pen stilus texnologiyası üzərində çalışır
Elm & Texnologiya
16.07.2025
Emil
Yeni Galaxy Z Fold 7 Samsung-un indiyədək təqdim etdiyi ən incə və ən yüngül qatlana bilən smartfon olub. Lakin şirkət bu nəticəyə, o cümlədən S Pen stilusunun dəstəyindən imtina etməklə nail olub. Bu isə o demək deyil ki, Samsung gələcək cihazlarda S Pen dəstəyi ilə bağlı təcrübələri dayandıracaq. Məlumata görə, Samsung MX bölməsinin icraçı direktoru Kang Min-seok-un sözlərinə görə, şirkət hələ də stilus dəstəyini cihazın incəliyinə zərər vurmadan təmin edə biləcək texnologiyaları araşdırır.

“Fold 7 göstərdi ki, istehlakçı incə və yüngül məhsullar istəyir. Zəhmət olmasa, bunu (S Pen-dən imtinanı) bir kompromis kimi qəbul edin: bir şeyi itirirsinizsə, başqa bir şeyi qazanırsınız. Biz həmçinin S Pen üçün daha incə və innovativ texnoloji həlləri araşdırır və inkişaf etdiririk, ona görə də texnologiya yetkin səviyyəyə çatdıqda və istehlakçı tərəfində uyğun tələbat yarandıqda bu qərarı yenidən nəzərdən keçirəcəyik” - deyə Kang izah edib.
Hələ ötən il məlum olmuşdu ki, Samsung öz istehsal gücü olmayan, amma çip texnologiyaları hazırlayan Cənubi Koreya şirkəti HiDeep-in dəstəyini qazanıb. Onlar birlikdə yeni stilus texnologiyası üzərində çalışırlar. Bu texnologiya, çox güman ki, Apple Pencil-i dəstəkləyən iPad-lərdə istifadə edilən sistemə bənzər olacaq - yəni təzyiq səviyyələri və stilusun meyilliyi birbaşa rəqəmsal qələm tərəfindən müəyyən edilir.
Paylaş
Ən çox oxunanlar

Uzaq keçmişdə Mars olduqca rütubətli planet olub
